...

Gürcüstanın baş naziri azərbaycanlı vətəndaşları Novruz bayramı münasibətilə təbrik edib

Gündəm Materials 21 Mart 2021 12:36 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

Trend-in "1TV"yə istinadən verdiyi məlumata görə, Baş nazir Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcının simvolu olduğun bildirib:

"Azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı - yeni ilin, yeni həyatın başlanğıcının simvolu olan baharın bu gözəl bayramı münasibətilə təbrik edirəm. Hər kəsə sülh, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti