...

Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)

Gündəm Materials 2 Aprel 2021 13:54 (UTC +04:00)
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Trend-in məlumatına görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib:

“Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti