Bakı. Ceyhun Ələkbərov - Trend:
Zığ qarajının inşası yekunlaşdıqdan sonra burada 850 yeni iş yeri yaradılacaq.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, işlərə daha çox həssas təbəqədən olan şəxslər cəlb olunacaq:
“Hazırda Zığ qarajının inşası aparılır. Burada 250 avtobusun saxlanılması gözlənilir. Qarajın inşası bitdikdən sonra 850 yeni iş yeri açılacaq”.
Agentlik sədri bildirib ki, Bakı Nəqliyyat Agentliyində 5 il ərzində təlim keçmiş sürücülərin sayı 4236 nəfər təşkil edib. Onlardan 1500-ü işlə təmin edilib.
Onun sözlərinə görə, həmin şəxslərin orta aylıq əməkhaqqı 220 mindən çoxdur:
“Yeni alınacaq 320 avtobusla 860 sürücü işlə təmin ediləcək. Bu isə daha 860 şəxsin 600 mindən çox gəlir əldə etməsi deməkdir".