...

Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək - BNA sədri

Gündəm Materials 28 Aprel 2021 12:28 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, xüsusi avtobus zolaqları məsələsi Bakının Baş Planında yer alıb:

"Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti