...

MN-də vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib (FOTO)

Gündəm Materials 30 Aprel 2021 15:09 (UTC +04:00)
MN-də vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində nazirliyin vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin müxtəlif müəssisə və təşkilatlarından cəlb olunan zabit heyəti kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıb.

Təcrübələrin toplanılması və öyrənilməsi, analiz metodları, qiymətləndirmə və digər mövzulara dair sindikatlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti