...

Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub

Gündəm Materials 15 May 2021 06:18 (UTC +04:00)
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub

Bakı. Trend:

Bu gecə İsrail ordusunun Qəzza zolağındakı evin vurması nəticəsində ən azı 8 fələstinli ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Amad xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə Qəzza şəhərinin qərbindəki Eş-Şatı qaçqın düşərgəsində baş verib. Bir ailənin üzvlərinin yaşadığı yaşayış binası bombardman zamanı tamamilə dağılıb.

Ölənlər arasında altı uşağın olduğu bildirilir. Təxminən 20 yaralı Qəzza Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda yerində xilasedici xidmətin əməkdaşları və sağ qalanları axtarmaq üçün dağıntıları təmizləyən onlarla yerli sakin var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti