...

Türkdilli ölkələrin ilk və vahid media platforması - Türk Dünyası layihəsinin təqdimatından geniş Videoreportaj

Gündəm Materials 25 May 2021 18:32 (UTC +04:00)
Türkdilli ölkələrin ilk və vahid media platforması - Türk Dünyası layihəsinin təqdimatından geniş Videoreportaj

Bakı. Trend:

Mayın 24-də Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan Türk Dünyası (TURKİC.World) adlı ilk rəqəmsal layihənin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafı və təkmilləşməsinin əsasını təşkil edəcək.

Eyni zamanda, unikal proqram təminatımız sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.

Təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, Türkiyənin və digər türkdilli ölkələrin səfirləri, diplomatlar, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Təqdimat mərasimindən hazırlanmış geniş videoreportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti