...

Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Gündəm Materials 29 May 2021 10:06 (UTC +04:00)
Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda İstiqlaliyyət küçəsində yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumatına görə, 4-6 iyun tarixlərində Bakıda baş tutacaq 5-ci Formula 1 Qran Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-u, səhər saat 07:00-da liftin quraşdırılmasına başlanılıb.

Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə avtomobillərini parklamasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti