...

ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu mümkün sayır

Gündəm Materials 13 İyun 2021 04:01 (UTC +04:00)
ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu mümkün sayır

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus G7 zirvəsində "COVID-19" virusunun laboratoriyadan sızması versiyasını istisna etmədiyini və Çinin virusun mənbəyini araşdırmağa kömək etməsini lazım olduğunu bildirib.

Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" xəbər verir.

"Düşünürəm ki insanlar virusun haradan gəldiyini öyrənməlidirlər, buna layiqdirlər. Bu, gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır", - deyə nəşr ÜST-nin baş direktorundan sitat gətirib.

Onun sözlərinə görə, koronavirusun mənşəyi ilə bağlı istintaqın başlanğıcında Çin tərəfindən kifayət qədər "şəffaflıq və əməkdaşlıq" göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti