...

Bu ilin 5 ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib

Gündəm Materials 18 İyun 2021 15:17 (UTC +04:00)
Bu ilin 5 ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib

Bakı. Samir Əli - Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 4700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti