...

Yaxın gələcəkdə İran şirkətlərinin Qarabağda iştirak edəcəyi layihələr müəyyənləşəcək - Səfir

Gündəm Materials 21 İyun 2021 15:23 (UTC +04:00)
Yaxın gələcəkdə İran şirkətlərinin Qarabağda iştirak edəcəyi layihələr müəyyənləşəcək - Səfir

Bakı. Elnur Bağışov – Trend:

Yaxın gələcəkdə İran şirkətlərinin Qarabağda iştirak edəcəyi layihələrin müəyyənləşəcəyinə ümid olunur.

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, İranın böyük dövlət və özəl şirkətləri, holdinqləri Qarabağın bərpasında iştirak etməyə hazır olduqlarını elan ediblər. İran şirkətləri bu əraziləri abad və inkişaf etmiş formada görmək istəyir.

Musəvi əlavə edib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə müəyyən təmaslar olub və İranın böyük şirkətlərinin Qarabağın bərpasında iştirak etməsi ilə əlaqədar məsələlər araşdırılıb: “İran bu qənaətdədir ki, Qarabağ 30 il işğal və viranəlikdən sonra inkişaf etmiş iqtisadi və turizm məkanına çevriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti