...

BDU-nun baş müəllimi vəfat edib

Gündəm Materials 7 Avqust 2021 09:22 (UTC +04:00)
BDU-nun baş müəllimi vəfat edib

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Qızılgül Ağami qızı Əhmədova vəfat edib.

Trend xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb. 79 yaşında dünyasını dəyişən Qızılgül Əhmədova 1961-1969-cu illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1969-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi olub.

Allah rəhmət eləsin!

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti