...

Azərbaycan bu il müdafiə və milli təhlükəsizlik xərclərini xeyli artırıb

Gündəm Materials 10 Avqust 2021 16:13 (UTC +04:00)
Azərbaycan bu il müdafiə və milli təhlükəsizlik xərclərini xeyli artırıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1076,3 milyon manat artaraq 2 milyard 533,4 milyon manat icra edilib.

Müdafiə və milli təhlükəsizlik xərcləri 2 milyard 477,3 milyon manat proqnoza qarşı 102,3 faiz və ya 56,1 milyon manat çox icra edilərək illik proqnozun 55,2 faizini təşkil edib.

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz və ya 65,4 milyon manat artaraq 861,7 milyon manat icra edilib.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 896,1 milyon manat proqnoza qarşı 96,2 faiz və ya 34,3 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,2 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə mart ayında az, digər aylarda çox icra edilib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti