...

Türkiyədə daşqınlardan ölənlərin sayı artır

Gündəm Materials 14 Avqust 2021 11:34 (UTC +04:00)
Türkiyədə daşqınlardan ölənlərin sayı artır

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin şimalında daşqınların törətdiyi fəsadlar artmaqda davam edir.

Trend-in məlumatına görə, fəlakət nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Onlardan 34 nəfəri Kastamonu, 6 nəfəri isə Sinop vilayətində həyatının itirib.

Bir neçə gü əvvəl Bartında itkin düşmüş şəxsin axtarışları isə davam edir. 9 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daşqın zonasından ümumilikdə 2 200-dən çox sakinin təxliyə olunduğu bildirilib.

Bölgədə axtarış-xilasetmə və təxliyə işləri üçün helikopterlər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti