...

Metroda kişi qatar yoluna yıxılıb

Gündəm Materials 10 Sentyabr 2021 12:14 (UTC +04:00)

Bakı. Trend:

Dünən axşam saatlarında metronun “Koroğlu” stansiyasında təxminən 30 yaşında kişi qatar yoluna yıxılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, dərhal qatar yolunda yüksək gərginlik dayandırılıb, sözügedən şəxs polis əməkdaşlarının və metro işçilərinin köməyi ilə yoldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onun həyatına hər hansı təhlükə yaranmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti