...

FED uçot dərəcəsini 0-0,25 faizdə saxlayıb

Gündəm Materials 22 Sentyabr 2021 22:59 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin mərkəzi bankı funksiyasını yernə yetirən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin 22 sentyabr üzrə iclası uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatın press-relizində bildirilir.

Qeyd edilir ki, faiz böyük ehtimalla il ərzində dəyişməyəcək.

Bundan əlavə, FED 2021-ci il üçün ölkənin ÜDM artım proqnozunu 7 faizdən 5,9 faizə endirib və 2022-ci 2023-cü illər üçün müvafiq olaraq 3,3 faizdən 3,8 və 2,5 faizdən 2,4 faizə qaldırıb. Bu il üçün inflyasiya proqnozu 3,4 faizdən 4,2 faizə, gələn il üçün 2,1 faizdən 2,2 faizə artırılıb.

Bildirilir ki, tənzimləyici aylıq ən azı 80 milyard dollarlıq xəzinə istiqrazlarını almağa davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti