...

Əlcəzair Mərakeş aviasiyası üçün hava məkanını bağlayır

Gündəm Materials 23 Sentyabr 2021 00:47 (UTC +04:00)
Əlcəzair Mərakeş aviasiyası üçün hava məkanını bağlayır

Bakı. Trend:

Əlcəzairin Ali Təhlükəsizlik Şurası Mərakeşlə yaşanan çətinliklər səbəbindən ölkənin hava məkanını mərakeşli hərbi və mülki təyyarələrinə bağlamaq qərarına gəlib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Respublika prezidenti Əbdülməcid Tebun administrasiyasının "Twitter"də yaydığı paylaşımda deyilir.

Xatırladaq ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də krallığın bu günə qədər davam etdirdiyi düşmənçilik hərəkətləri səbəbiylə ölkənin Mərakeşlə diplomatik əlaqələrini kəsdiyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti