...

Demoqrafiya inkişafı çərçivəsində yaradılan proqramın icrasına başlanılıb

Gündəm Materials 1 Oktyabr 2021 18:12 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan hökuməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə demoqrafiya inkişafı çərçivəsində proqram yaradılıb.

Bunu 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş sərgidə Trend-ə açıqlamasında BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib

O qeyd edib ki, 1990-cı illərdən bəri Azərbaycanda yeni doğulmuş körpələr arasında cins nisbətində böyük fərq müşahidə olunub. Lakin heç kim bunu analiz və koordinasiya etməyib: “2006-cı ildə Hacəttəpə Universitetinin professorlarının apardığı sorğunun nəticəsi göstərdi ki, Azərbaycanda cins nisbəti maksimum 106 oğlan, 100 qız olmalıdır, amma artıq 116-100 nisbətində olub. Oğlanların sayının çox olması bu cür davam etsə, bu proses hətta 2050-ci ilə qədər uzana bilər. Biz bu nəticələri ictimaiyyətə çatdırdıq. Bu məsələni təbliğat olmadan hökumət tərəfindən hansısa qadağa ilə həll etmək mümkün deyil. Ötən il proqram çərçivəsində iki mühüm nailiyyət əldə olunub - hökumət tərəfindən fəaliyyət planı təsdiqlənib, eyni zamanda Milli Məclisdə qanunvericilik aktı qəbul edilib. İndi maliyyə məsələsi həll olunmalıdır, beynəlxalq strukturlar, BMT Əhali Fondu, UNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılır ki, maliyyə ayrılsın, həm təbliğat, həm də siyasi səviyyədə müvafiq tədbirlər görülsün. Düşünürəm ki, bu istiqamətdə böyük nailiyyət əldə edəcəyik".

F.Babayev, həmçinin bildirib ki, Azərbaycanda 2017-ci ildə cins nisbəti yeni doğulan körpələrə 120 oğlana 100 qız olub: "Bu il üçün rəqəm demək hələ mümkün deyil, amma 2020-ci ildə bu rəqəm 115-100-ə düşüb. Bunun təbliğat nəticəsində olduğunu düşünürəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti