...

Hadrutda nəşi tapılan hərbi qulluqçunun adı açıqlandı - RƏSMİ

Gündəm Materials 13 Oktyabr 2021 19:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin Hadrutda tapılması ilə bağlı məlumat yayıb.

Qurumdan Trend-ə daxil olan məlumatda deyilir:

"Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti