...

Trend-in iki əməkdaşı DTA və MEDİA-nın keçirdiyi müsabiqədə yüksək nəticə qazandı

Gündəm Materials 15 Noyabr 2021 13:05 (UTC +04:00)
Trend-in iki əməkdaşı DTA və MEDİA-nın keçirdiyi müsabiqədə yüksək nəticə qazandı

Bakı. Trend:

Dövlət Turizm Agentliyi (DTA) və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə başa çatıb.

DTA-dan Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim olunan materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilərək hər kateqoriya üzrə ən yüksək balı toplayan ilk 3 yerin sahibləri qalib hesab olunub.

Müsabiqədə yazı kateqoriyası üzrə iştirak edən Trend İnformasiya Agentliyinin əməkdaşı Çingiz Səfərli “Qarabağın dark turizm potensialı: Erməni barbarlığını dünya daha yaxından görəcək" məqaləsi ilə üçüncü yeri tutub. Trend-in fotoqrafı Zaur Mustafayev isə foto kateqoriyası üzrə üçüncü yeri qazanıb.

Trend İnformasiya Agentliyi adından müsabiqədə uğurlu nəticə göstərən hər iki əməkdaşımızı təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti