...

Laçına suyun verilməsi təmin edilib (FOTO)

Gündəm Materials 1 Dekabr 2021 08:52 (UTC +04:00)
Laçına suyun verilməsi təmin edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. İşğaldan azad olunmuş Laçın rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mənbələrə baxış keçirilib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsi qərara alınıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr qiuraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti