...

Bərdədə güclü külək binanın damını uçurub (FOTO)

Gündəm Materials 1 Dekabr 2021 17:12 (UTC +04:00)
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)

Bərdə. Aslan Məmmədli - Trend:

Bərdə şəhərində güclü külək başlayıb.

Trend-in yerli bürosunun məlumatına görə, güclü külək nəticəsində Bərdə şəhərinin Nizami 156 küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtüyü dağılıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyini bildirimişdi. Qeyd olunmuşdu ki, qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti