Bakı. Çingiz Səfərli - Trend:
2021-ci ilin yanvar-noyabr ayları ərzində pensiyaçılara ödənilən vəsaitin miqdarı açıqlanıb.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, cari ilin 11 ayında pensiyaçılara 4220,2 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 117,0 mln. manat çox olub.