...

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Gündəm Materials 23 Dekabr 2021 16:11 (UTC +04:00)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Trend-ə bildirilib ki, iclasda Müşahidə Şurasının 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub. Müzakirələrdə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatının dinlənilməsi, Agentliyin Qrant siyasəti sənədinin təsdiq edilməsi, Agentliyin fəaliyyət strategiyasının qəbul edilməsi, İctimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatının dinlənilməsi və digər məsələlər yer alıb.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti