Bakı. Samir Əli - Trend:
Qubada karantin qaydalarını pozan şadlıq evi və restoran sahibləri cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Çingiz Talıbov və Bəxtiyar Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.