...

DİN uşaqların internet asılılığı ilə bağlı valideynlərə müraciət etdi

Gündəm Materials 11 Yanvar 2022 14:37 (UTC +04:00)
DİN uşaqların internet asılılığı ilə bağlı valideynlərə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi azyaşlıların internet asılılığından yayındırılması ilə bağlı valideynlərə müraciət edib.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, valideynlər uşaqlarının internet asılılığından xilas olması üçün bir neçə nüanslara əməl etməlidir.

"Övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin, övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz, onlar onu dinləyən virtual "dost"lar axtaracaq.

Bununla yanaşı, günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın, övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin. Övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın, onların real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun. Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!" - deyə E.Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti