Dövlət Xidmətinə əlavə 5 avtomobil ayrılıb

Gündəm 13 Yanvar 2022 16:57 (UTC +04:00)

Bakı. Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi artırılıb.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi 3-dən 8-ə qaldırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti