...

Ağdam və Şuşaya ediləcək marşrut səfərlərinin sayı açıqlanıb

Gündəm 18 Yanvar 2022 11:19
Ağdam və Şuşaya ediləcək marşrut səfərlərinin sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azad edilmiş ərazilərə sərnişindaşımaya start verilir.

Trend-in məlumatına görə, yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılmasına start verilir.

Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli -Şuşa, Füzui limanı - Şuşa, Bərdə -Ağdam istiqamətlərində marşrutlar istifadəyə veriləcək.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti