...

Həbsdə olan Hafiz Məmmədov ev dustaqlığına buraxılıb

Gündəm Materials 31 Yanvar 2022 16:53 (UTC +04:00)
Həbsdə olan Hafiz Məmmədov ev dustaqlığına buraxılıb

Bakı. Samir Əli - Trend:

Vergidən yayınmağa görə həbs edilən iş adamı Hafiz Məmmədov ev dustaqlığına buraxılıb.

Trend-in məlumatına görə, bu barədə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Məhməmənin qərarı ilə H.Məmmədovun vəkilləri tərəfindən verilən vəsatət təmin olunub və barəsindəki həbs qətimkan tədbiri qərarı ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, Hafiz Məmmədov vergi borcunu ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilmişdi.

H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti