...

Azərbaycanda Türkdilli ölkələrin radiosu - “RADİO TMB ” fəaliyyətə başlayır

Gündəm Materials 1 Fevral 2022 10:32 (UTC +04:00)
Azərbaycanda Türkdilli ölkələrin radiosu - “RADİO TMB ” fəaliyyətə başlayır

Bakı. Trend:

Fevralın 1-dən Azərbaycanda yeni radio fəaliyyətə başlayır.

Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə TMB (Türk Millətlər Birliyi) media qrupu yenilikləri ilə efir yayımına start verir. Türkdilli ölkələrin və xalqların müasir musiqisini təmsil edən “Radio TMB” beynəlxalq radio kanalı https://100.5fm.az/ platformasında dövlətlərarası informasiya məkanının inkişafına töhfəsini verəcək.

"TMB – Türk Musiqisini Birləşdirən radio" devizi ilə fəaliyyətə başlayan radionun fəaliyyətinin əsas prioriteti informasiya və media sahəsində layihələr hazırlamaqla yanaşı, dünya mədəniyyətinin populyarlaşdırılması, möhkəmləndirilməsidir. Türkdilli ölkələrin mədəni platformada birləşdirilməsi missiyasına artıq beynəlxalq TÜRKSOY təşkilatı da öz dəstəyini nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti