...

Elbrus Ərud Azərbaycan pavilyonunun bütün dünyadan fərqindən danışdı

Gündəm Materials 18 Fevral 2022 20:29 (UTC +04:00)
Elbrus Ərud Azərbaycan pavilyonunun bütün dünyadan fərqindən danışdı

Bakı. Trend:

Düşünürəm ki, mütləq Azərbaycan pavilyonuna qiymət vermək üçün digər ölkələrin pavilyonunu görmək lazımdır. İlk baxışdan Azərbaycan pavilyonu sənə Azərbaycanı, Azərbaycanın kiçik bir modelini göstərir, ancaq başqa ölkələrin pavilyonlarını görəndə, onların bu dünyada özünü nə ilə təcəssüm etdirdiyini, dünyaya nə ilə çıxdığını görəndə beyin, düşüncə olaraq qayıdırsan yenidən öz pavilyonuna və görürsən ki, sən dünyaya nə verirsən.

Trend xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo-2020” sərgisində iştirak edən “Qafqazinfo” Xəbər Portalının baş direktoru Elbrus Ərud yerli televiziyaya müsahibəsində deyib.

E.Ərud qeyd edib ki, Azərbaycan pavilyonu burada yeganə pavilyondur ki, dünyaya robot, dron, sürətli qatar, müxtəlif texniki vasitələr, avadanlıqlar yox, məhz sadəlik, səmimiyyət, təbiilik, orjinallıq təqdim edir:

“Bu görünür. Dünyada elə bir möhtəşəmlik yoxdur ki, o güllə qarşılanmasın. Bəlkə də, Azərbaycan pavilyonu başdan-ayağa gülün-çiçəyin içərisindədir. Dünyada ən böyük uğuru da güllə qarşılayırlar. Mən qeyd etmək istəyirəm, dünyada xalçanı sevməyən insan, toplum yoxdur.

Mən Rəşad Ələkbərovun sərgisini gördüm, orada Azərbaycan xalçasını gördüm, çox heyrətamizdir. Bəzən deyirlər ki, Azərbaycanın xalçaları dünyanın hansısa muzeylərində saxlanılır, bizim xalçalarımız dünyanın müxtəlif ölkələrinə daşınıb. Amma görürsən ki, nəsil, genetika davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti