...

Makron və Putin Donbassda atəşkəslə bağlı işçi qrupunun çağırılması barədə razılığa gəliblər

Gündəm Materials 20 Fevral 2022 20:17 (UTC +04:00)
Makron və Putin Donbassda atəşkəslə bağlı işçi qrupunun çağırılması barədə razılığa gəliblər

Bakı. Trend:

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron yaxın saatlarda işçi qrupun görüşünün təşkili barədə razılığa gəliblər. Onun əsas vəzifəsi Donbassda təmas xəttində atəşkəs üçün şərait yaratmaq olacaq.

Trend-in məlumatıa görə, bu barədə "Reuters" agentliyi Yelisey sarayına istinadən bildirib.

Bildirilib ki, bundan əlavə Rusiya və Fransa xarici işlər nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə sammitin təşkilini müzakirə edəcəklər.

Daha əvvəl yayılan məlumata görə, iki dövlət başçısı arasında söhbət 1 saat 45 dəqiqə davam edib. Bundan sonra E.Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə də yarım saatlıq söhbət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti