...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 12 Mart 2022 16:40 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 070 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 656, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 163, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 071 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 246 942, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 313 384, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 802 388, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 913 043, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 218 127 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti