...

Rusiya ilə Aİ arasında son qatar marşrutu bağlanır

Gündəm Materials 26 Mart 2022 03:12 (UTC +04:00)
Rusiya ilə Aİ arasında son qatar marşrutu bağlanır

Bakı. Trend:

Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən "Alleqro" qatarlarının hərəkəti martın 28-dən dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə cümə günü Finlandiyanın dövlət dəmir yolu operatoru VR məlumat verib.

Qeyd olunur ki, qatarların hərəkəti, Finlandiya hakimiyyətinin qərarına əsasən, Rusiya Federasiyasına tətbiq edilən sanksiyaları nəzərə alaraq, məqsədəuyğun deyil, çünki Rusiyanı tərk etmək istəyən bütün vətəndaşlar artıq bunu ediblər.

Bundan əvvəl, VR Rusiya Dəmir Yolları ilə əlaqəni praktiki olaraq dayandırmışdı, lakin Allegro qatarları işləməyə davam edirdi.

Bu qatar marşrutu Avropa İttifaqı ilə Rusiya arasında sonuncu fəaliyyətdə olan dəmiryolu xətti idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti