...

"Efes-2022"də iştirak edəcək heyətin hazırlığı yoxlanılıb (FOTO)

Gündəm Materials 7 Aprel 2022 15:32 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti