Bakı. Trend:
Roman Abramoviçin nümayəndəsi iş adamının Kiyevə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək üçün səfər etdiyi barədə məlumatı təkzib edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya iş adamının nümayəndəsi bildirib.
"Cənab Abramoviç Kiyevdə deyil və bu yaxınlarda da orada olmayıb", - deyə qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl “Fortune” jurnalı mənbələrə istinadən yazıb ki, R.Abramoviç Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək məqsədilə Kiyevə gedib.