...

Almaniyada qazın qiyməti artır

Gündəm Materials 18 Aprel 2022 04:31 (UTC +04:00)
Almaniyada qazın qiyməti artır

Bakı. Trend:

Almaniyada ölkədəki 13 milyon ev təsərrüfatının təchizatına cavabdeh olan elektrik tədarükçüləri aprel, may və iyun aylarında tariflərin təxminən 19,5 faiz artacağını bildiriblər.

Trend yerli "DPA" agentliyinə istinadla xəbər verir ki, Verivox onlayn platforması 2022-ci ildə fərdi istehlakçıların üzləşəcəyi elektrik enerjisi qiymətlərindəki artımın Ukraynada baş verən hadisələrlə bağlı olduğunu bildirib. Almaniyada qazın qiymətində artım orta hesabla 42,3 faiz olacaq. Platforma qaz tədarükçülərinə “tarixdə görünməyən yüksək” qaz qiymətləri barədə xəbərdarlıq edir.

Məlumata görə, əvvəllər bir ev təsərrüfatı təxminən dörd min kilovat-saat elektrik enerjisi istehlak edərək 1171 avro ödəyirdisə, hazırda bu rəqəm 1737 avroya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti