...

Uşaqlar arasında virusa yoluxmanın qarşısı necə alına bilər?

Gündəm Materials 28 Aprel 2022 10:39 (UTC +04:00)
Uşaqlar arasında virusa yoluxmanın qarşısı necə alına bilər?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son vaxtlar uşaqlar arasında özünü yüksək hərarət, qusma, ishal simptomları ilə göstərən xəstəlik yayılıb. Bu daha çox 6 yaşa qədər uşaqlarda müşahidə olunur.

Bu barədə Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılovun sözlərinə görə, hal-hazırda uşaqlarda görülən Adeno-Rota infeksiyasının əsas simptomları qusma, ishal və yüksək hərarətdir.

"Uşaqların bu cür tez-tez xəstələnməyinin səbəbi pandemiyada qapalı məkanda olmaları və immun sistemlerinin zəifləməsidir. İmmun sistemini zəiflədən digər faktor isə düzgün qidalanmamalarıdır. Hazırda uşaqlar bağçaya, məktəbə gedir və infeksiyaya yoluxma halları daha sıx görülməyə başlayıb və kütləvi şəkildə yayılır. Sözügedən infeksiya əsasən qış və yay aylarında daha aktiv müşahidə edilir. İndi biraz haşiyədən kənara çıxaraq mart-aprel aylarında özünü göstərməyə başladı. Bu infeksiyanın müalicəsi vaxtında müdaxilə olunduqda daha asan və qısamüddətli olur. Valideynlər uşaqlarda bu simptomları görürsə, hətta temperatur olmasa belə, həkimə müraciət etməlidir. Yaxşı olardı ki, yaz-yay aylarında periodik olaraq pediatra müraciət olunsun və yoxlanışdan keçirilsin", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti