...

Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib (FOTO)

Gündəm Materials 10 May 2022 17:08 (UTC +04:00)
Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.

Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti