...

Səlim Müslümov ev dustaqlığına buraxıldı

Gündəm Materials 26 May 2022 11:21 (UTC +04:00)
Səlim Müslümov ev dustaqlığına buraxıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Trend,-in məlumatına görə bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib. Məhkəmənin qərarı ilə, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti