...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 3 İyul 2022 17:05 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 457 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 168, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 671, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 125 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 772 490, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 356 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 311 403, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 713 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti