...

Azərbaycan Ordusunun hərbçisi həlak olub

Gündəm Materials 9 İyul 2022 11:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti