...

Bakıda 2 yaşlı körpəni oğurlayan qadın məhkəmə qarşısına çıxıb

Gündəm Materials 14 İyul 2022 17:39 (UTC +04:00)
Bakıda 2 yaşlı körpəni oğurlayan qadın məhkəmə qarşısına çıxıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Gültəkin Muradovanın vəkili işlə tanış olmaq üçün hakimdən vaxt istəyib.

Gültəkin Muradovanın özü isə ittihamda yazılanlarla razı olmadığını deyib.

Bildirilib ki, o, ittiham aktını alıb. Qadının özü də İttihamda yazılanlarla tanış olmaq üçün hakimdən vaxt istəyib.

Növbəti proses iyulun 21-ə təyin olunub.

İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.
2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti