...

Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu vardır - Baş Prokuror Kamran Əliyev

Gündəm Materials 22 İyul 2022 12:58 (UTC +04:00)
Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu vardır - Baş Prokuror Kamran Əliyev

Bakı. Trend:

Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu vardır.

Trend xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Geniş Kollegiya İclasında deyib.

Baş prokuror keçirilən Geniş Kollegiya İclasında Milli Mətbuatın yaradılmasının 147-ci il dönümü münasibətilə media nümayəndələrinə səmimi təbriklərini ünvanlamaqla qeyd edib ki, hesabat dövründə Baş Prokurorluq tərəfindən aparılan mütəmadi monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanıb.

1 məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilmiş, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilmiş, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti