...

Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb (VİDEO)

Gündəm Materials 17 Avqust 2022 15:21 (UTC +04:00)
Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb (VİDEO)

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

Trend xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti