...

İsmayıllıdakı yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb

Gündəm Materials 31 Avqust 2022 13:09 (UTC +04:00)
İsmayıllıdakı yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.

Nazirlik rəsmisi onu da bildirib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti