...

Ukrayna limanlarından ərzaq daşıyan 6 gəminin yola salınmasına icazə verilib

Gündəm Materials 6 Sentyabr 2022 01:33 (UTC +04:00)

Bakı. Trend:

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi daha altı gəminin Ukrayna limanlarından yola salınmasına icazə verib. Həmin gəmilər ümumilikdə 87 442 ton ərzaq aparacaq.

Trend-in məlumatına görə, bu barədə Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, Türkiyəyə 27,5 min ton buğda və 7 min 179 ton qarğıdalı Odessadan çatdıracaq "İrmgard" və Türkiyəyə 26,5 min ton buğda aparacaq "New Levant" quru yük gəmiləri yola düşəcək. İtaliyaya çatdırılması planlaşdırılan 5,8 min ton günəbaxan yağı ilə "Vitis" və Türkiyəyə 4862 ton qarğıdalı göndərəcək "Ocmis Adventure" gəmiləri Yujnı limanından yola düşəcək. "Oris Princess" quru gəmisi 4510 ton günəbaxan unu İsrailə aparacaq, "Queen Sara" gəmisi isə 11091 ton qarğıdalını Misirə göndərəcək. Onlar Çornomorskdan yola düşəcəklər.

Bu gəmilərin yola düşməsi sentyabrın 6-da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti