...

Şəhid Səbuhi Əhmədovdan rüşvət alınması ilə bağlı məsələnin araşdırılmasına başlanılıb - MN

Gündəm Materials 15 Sentyabr 2022 11:55 (UTC +04:00)
Şəhid Səbuhi Əhmədovdan rüşvət alınması ilə bağlı məsələnin araşdırılmasına başlanılıb - MN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

"Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir", - nazirliyin açıqlamasında deyilir.

Xatırladaq ki, 2 yaşında valideyn hüququndan məhrum olan və SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədov dünən II Fəxri Xiyabanda dəfn edilib. Dəfndən sonra açıqlama verən şəhidin qardaşı Sənan Əhmədov bildirib ki, qardaşı Səbuhi Əhmədovdan 6 min manat rüşvət alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti