...

Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr təqdim edilib (FOTO)

Gündəm Materials 1 Oktyabr 2022 10:56 (UTC +04:00)
Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr təqdim edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluqda 1 oktyabr – Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Kamran Əliyev prokurorluq orqanlarının yaradılmasından danışıb.
Baş prokuror qeyd edib ki, 2002-ci ildən prokurorluğa qəbul test üsulu ilə həyata keçirilir: “Bu il üçün də işə qəbul elan etmişik. Artıq dünən bu proses başa çatıb. 407-dən artıq hüquqşünas gənc müraciət edib”.

Baş prokuror bildirib ki, əldə edilən uğurlar az deyil: “Düzdür, fəaliyyətimizdə müəyyən nöqsanlar da var. Bizim qarşıda hələ görəcəyimiz işlər çoxdur. Ümid edirəm ki, növbəti illərdə də vəzifələrimizi layiqincə yerinə yetirəcəyik”.

K.Əliyev deyib ki, 70-dən artıq prokurorluq əməkdaşlarının təltif edilməsi ilə bağlı əmr imzalayıb.

Daha sonra toplantıda Prezident İlham Əliyevin 30 sentyabr tarixli Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamı elan olunub, sərəncamda adıkeçən şəxslərə ali xüsusi rütbələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti