Bakı. Trend:
Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin
bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun
Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan
atəşə tutub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun
bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.